Dyatlov aşırımı (2013)

Müddət: 100 dəq

Janr: Triller

Ölkə: ABŞ, Rusiya, Böyük Britaniya

Rejissor: Renni Harlin

Yaş məhdudiyyəti: 17 yaşına qədər olanların mütləq yanlarında yetgin yaşına çatmış şəxs olmalıdır.

IMDB xal: - /10

KinoTap xal: 0 /10 (Səs verildi: 0 istifadəçi)

Sizin səs: 0/10

1959 ildə, yuxarı kurs tələbəsi İqor Dyatlovun rəhbərlik etdiyi, Ural politexnik insitut klubunun doqquz nəfərdən ibarət turist klubu, müəmmalı və axıradək aydınlaşdırılmamış vəziyyətdə, tam tərkibdə həlak olur. Onların sonuncu dəfə qaldığı yerdə, arxa tərəfi kəsilmiş çadır aşkar olunub. Çadırın içində demək olar ki, turistlərin bütün əşyaları qalmışdı, cavanların cəsədlərini isə yaxınlıqda aşkar etmişlər. Onların çoxu ayaqqabısınız idi, bəziləri keçə çəkmələrdə idi. Bədənlərində yanıqlar, burundan qanaxma əlamətləri aşkar olunmuşdu. Növbəti araşdırmalar göstərdi ki, turistlər çadırdan qaçaraq çıxmayıblar, əksinə, qarda olan izlər, onların çadırdan asta addımlarla çıxmasını sübut edir. Yerli sakinlərin şahid qismində dindirilməsi göstərdi ki, yaxınlıqda alovlu kürələr görünürdü. Təhqiqat zamanı ekspertlər cəsədlərin üzərində radioaktiv birləşmələr aşkar etmişlər. Cinayət tərkibi olmadığına görə, cinayət işi bağlanmışdı. Xizəksürən turistlərin başına nə gəldiyi barədə indiyədək məlumat yoxdur. Müxtəlif fikirlər söylənilir: qar uçqunu, məxfi xidmətlərin ötürdüyü müəyyən səs dalğalarının təsiri, yad planetlərdən gələnlərlə insanların qarşıdurması və s.

Videolar

Dyatlov aşırımı

Videolar: 2

Şərh

1500
Şərh yaza bilmək üçün sistemə daxil olun