Babil (2006)

Müddət: 143 dəq

Janr: Drama

Ölkə: Fransa, ABŞ, Meksika

Rejissor: Alexandro Qonsales İnyaritu

Yaş məhdudiyyəti: 17 yaşına qədər olanların mütləq yanlarında yetgin yaşına çatmış şəxs olmalıdır.

IMDB xal: - /10

KinoTap xal: 8 /10 (Səs verildi: 1 istifadəçi)

Sizin səs: 8/10

Filmdə üç əsas süjet xətti göstərilib. Bütün bunlar tamaşaçıya böyük bir Babili xatırladan dünyamızın vəziyyətini göstərir, harada insanlar bir biri ilə anlaşmağa məcburdular: özünkünə nail olmaq və başqalarına qulaq asmaq.
Mərakeş süjet xətti — amerikalı turistlərin, həmçinin Riçard Cons və Syuzan Cons ər-arvadın talelərinin bir sıra sadə Mərakeş əhalisinin taleləri ilə toqquşması. Sadə əhalinin ABŞ sakinləri üçün qəribə gələn həyat tərzləri göstərilib. Syuzan çoban oğlanın təsadüfən tüfəngdən açdığı atəş zamanı yaralanır. Atəş bir neçə insanın əzab çəkməsinə səbəb olur.
Meksika/ABŞ süjet xətti Riçard və Syuzanın uşaqlarına dayəlik edən meksikalı qulluqçu Ameliya ilə bağlıdır. Mərakeşdəki faciəvi hadisələr onu uşaqları Meksikaya, oğlunun toyuna aparmağa məcbur edir. Uşaqlar, Debbi və Mayk şən meksika toyunun şahidi olurlar. Gördükləri onlara həm əyləncə verir həm də şoka salır. San Diyeqoya qayıdış təhlükəli macəraya çevrilir, nəticədə Ameliya uşaqlarla səhrada susuz qalır.
Yaponiya süjet xətti — lal-kar yeniyetmə qız Çieko haqqında əhvalatdır. O, öz dünyasında, öz şəhərində başa düşülməyə çalışır. Detektiv Kenji ona kömək etməyə çalışır, əslində isə onun Mərakeşli bələdçiyə tüfəng hədiyyə etmiş atası ilə görüş axtarır…

Videolar

Babil

Şərh

1500
Şərh yaza bilmək üçün sistemə daxil olun