Məryəm (Meryem) (2013)

Müddət: 100 dəq

Janr: Romantik, Drama

Ölkə: Türkiyə

Rejissor: Atalay Taşdiken

Yaş məhdudiyyəti:

IMDB xal: - /10

KinoTap xal: 10 /10 (Səs verildi: 1 istifadəçi)

Sizin səs: 10/10

17- 18 yaşlarında, gözəlliyi ilə bütün qəsəbənin marağını çəkən Məryəmə, eyni qəsəbədə yaşayan və oğulları İstanbulda işləyən bir ailə talib olmuş və 10 gün içərisində nişan, xına gecəsi və toy edilmişdir. Məryəmin Əri Mustafa, toydan ancaq bir neçə gün əvvəl gəlmiş və 6 gün evli qaldıqdan sonra  "Bir nizam qurar, səni də İstanbula götürərəm" deyərək yaşadığı şəhər olan İstanbula dönmüşdür. Qayınanası və qayınatası ilə yaşamağa başlayan Məryəm, bir tərəfdən həsrət çəkərkən, bir tərəfdən də ümidini qorumaqdadır. Ən əhəmiyyətlisi də evin hər cür xidmətini görməyi vəzifə saymışdır özünə. Çünki o evdə gəlin olaraq olmasının əsl səbəbi yaxşı xidmət etməsi üçündür. Qayınatası Süleyman, ölən atasının uşaqlıq dostudur. O evə gəlin olaraq seçilməsi də Süleymanın dostuna olan vəfasıdır! Məryəm, zaman-zaman ümidsizliyə qapılar. Amma anası həmişə səbirli olmasını söyləyər. Çünki  ənənə belədir. Ər evinə getdinsə, oradan geri dönmək yoxdur. Məryəmin bir tərəfdən də uşağı olmadığı üçün üstü örtülü bir dillə günahlandırılmaqdadır. Bu vaxt gözlənilməz bir şey olar. Əsgərliyə getməzdən əvvəl Məryəmə aşiq olan Murad, tərxis olub gəlir. Amma gələn Murad, gedən Murad deyil. Əsgərdə yaşadıqları ona ağır gəlmiş, uzun müddət psixoloji müalicə görmüşdür. Və bu halıyla Murad, Məryəm üçün ciddi bir təhdid ünsürüdür. Məryəm bu vəziyyəti kimsəylə paylaşa bilməz. Amma qəsəbə kiçikdir və heç bir şey gizli qalmaz. Qayınatası Süleyman vəziyyəti öyrənincə bir çarə düşünər. Tək dolanışıq qaynaqları olan inəklərini satar və pulu ev tutması üçün oğulu Mustafaya göndərər. Problem həll edilmiş, Məryəm xilas olmuşdur. Yol hazırlıqları başlar. Məryəm, yola çıxar. Amma o, hər kəsin gözlədiyi sona getməyəcək…

Videolar

Məryəm (Meryem)

Şərh

1500
Şərh yaza bilmək üçün sistemə daxil olun