Qəsəbə (1997)

Müddət: 85 dəq

Janr: Drama

Ölkə: Türkiyə

Rejissor: Nuri Bilge Ceylan

Yaş məhdudiyyəti: Valideynlərin olması tövsiyə edilir.

IMDB xal: - /10

KinoTap xal: 0 /10 (Səs verildi: 0 istifadəçi)

Sizin səs: 0/10

“Qəsəbə” filmi ilə Nuri tam metrajlı film karyerasına start verdi. Məhz bu filmdən sonra ona Tarkovski davamçısı deyilməyə başlandı. Film avtobioqrafik sayıla bilər. Təqdimatı 1998-ci ildə Kannda baş verdi və rəğbətlə qarşılandı. Nuri bu dəfə də yaxşı mənada təəcübləndirməyi bacarmışdı. Ağır dramatizmlə uzun kadrlardan bir ağ-qara film yaratmışdı. Filmdə olduqca gözəl kadrlar var ki, bundan sonralar bir çox rejissor bəhrələnib. Büdcəsi demək olar ki olmayan bu filmi böyük ustalıqla lentə alan Nuri artıq rejissorluq üçün doğulduğunu təsdiqləyirdi. Filmdə yenə rejissorun valideynləri, əmisi oğlu Mehmet Emin Toprak və yaxın dostu Müzəffər Özdəmir çəkilir. Bu film “İstanbul film festivalı”ında, “Berlin kinofestivalı”nda və “Köln film festivalı”nda mükafatlar qazanır.

Videolar

Qəsəbə

Şərh

1500
Şərh yaza bilmək üçün sistemə daxil olun