Qurd Seyid və Şura (Serial) (2014-)

Müddət: 100 dəq

Janr: Tarixi, Drama, Romantik

Ölkə: Türkiyə

Rejissor: Hilal Saral

Yaş məhdudiyyəti: Valideynlərin olması tövsiyə edilir.

IMDB xal: - /10

KinoTap xal: 0 /10 (Səs verildi: 0 istifadəçi)

Sizin səs: 0/10

Kıvanç Tatlıtuğun canlandıracağı Qurd Seyid Eminof, Krımlı bir Türk ailənin oğuludur. Atası kimi Rus İmperatorluğu ordusunda, gözətçi  vəzifəsində xidmət edən, şərəfli, lider ruhlu, mərd bir zabitdir. Uşaqlığından bəri əsgər olaraq yetişdirilən Qurd Seyid, əsgəri vəzifəsini tamamladıqdan sonra ailə torpaqlarında bir həyat qurmağı xəyal etməkdədir. İsti, şəfqətli və eşqbaz bir kişi olan, digər əsgər yoldaşlarına daim sadiq, ədalət duyğusu çox inkişaf etmiş Qurd Seyidin bütün taleyi Şurayla tanış olmasının ardından reallaşan Rusiyadakı inqilabla tamamilə dəyişər. Şurayla olan əlaqəsi, içində olduğu təhlükəni daha da böyüdər.  Qurd Seyidin eşqi və ailəsi üçün mübarizəsi, onu çox çətin bir macərayla İstanbula doğru yola çıxaracaq.
Fərəh Zeynəb Abdullahın canlandıracağı Şura isə zəngin və zadəgan bir Rus ailəsinin gözəllər gözəli qızıdır. Şura, Petrogradda ilk dəfə kübar cəmiyyətə təqdim edildiyi balda Qurd Seyidlə tanış olar və ona ilk andan etibarən aşiq olar. Bu eşq hər cür maneəyə, intriqaya baxmayaraq güclənərək böyüyərkən, müxtəlif çətinliklərlə də sınanar.  Şura, Qurd Seyidin əlini tutduğu ilk gündən etibarən böyüməyə başlar, kiçik bir qızkən bir qadına çevrilər. Qurd Seyidlə yaşayacağı macəra, həyatının mənasını dəyişdirər. Bu fırtınalı eşq onu, həyəcan dolu bir macəraya sürüyəcək.

Videolar

Qurd Seyid və Şura (Serial)

Videolar: 6

Şərh

1500
Şərh yaza bilmək üçün sistemə daxil olun