Uğurlar, Centlmenlər! (2012)

Müddət: 95 dəq

Janr: Komediya

Ölkə: Rusiya

Rejissor: Aleksandor Baranov, Dmitriy Kiselöv

Yaş məhdudiyyəti: Yaş məhdudiyyəti yoxdur

IMDB xal: - /10

KinoTap xal: 0 /10 (Səs verildi: 0 istifadəçi)

Sizin səs: 0/10

Uşaq mərkəzinin gənc animatoru Lyoşa Treşkin – infantil və həyatsevər “hipster” – təhlükəli oğru və qatil Smaylikin (öldürməzdən əvvəl gülümsəmək adətinə görə onu belə adlandırmışdılar) oxşarı olur. Smaylik Sankt-Peterburqdakı muzeydən Qazaxıstanın milli rəmzi olan – Qızıl Döyüşçünün Geyimini oğurlayır. Gənc və gözəl polis leytenantı İrina Slavina Treşkini tutur və “müasir” polis metodları ilə onu istintaqa kömək etməyə vadar edir. Seçim yoxdur, əks təqdirdə Treşkin əsl cani kimi həbs olunacaqdır.
Bu yolla Treşkin Misirə gedir, Smaylikin iki iş ortağı – gənc nikbin oğru Muxa və bədbin nəhəng Şatun buradadırlar. Ağlasığmaz macəralar silsiləsi başlanır – qum fırtınası altında qaçış, yük maşınlarında yarış, çadraya bürünmələr. Yaranmış vəziyyətdən çıxmağa cəhd edən Treşkin qəflətən anlayır ki, məsuliyyətsiz qorxaq insandan, digər insanların həyatının asılı olduğu insana çevrilir. Lakin həqiqi Smaylik meydana çıxanda Treşkin əsl cəsur hərəkətə qərar verməlidir ki, bu yeni ildə həm özünü, həm Slavinanı və özünün yeni dostlarını xilas etsin. Ən başlıcası isə - sevgini tapmaqdır.

Videolar

Uğurlar, Centlmenlər!

Şərh

1500
Şərh yaza bilmək üçün sistemə daxil olun