Xəbərlər

“Ay Brilliant”ın premyerasının vaxtı açıqlandı.

Azərbaycan kinosevərlərini yeni sürpriz gözləyir "Belə ki, mart ayının 2-də Azərbaycan istehsalı olan və rekordlar qıracaq, "İlk Media" və "Azad Azərbaycan" (ATV) televiziya kanalının birgə layihəsi olan "Ay Brilliant" filminin premyerası və təqdimatı keçiriləcək Filmə maraq böyük olduğundan "Ay Brilliant" mövsümün ən gözlənilən filmlərindən hesab olunur

“Bir gün” adlı kino layihəsinə start verib.

“Film Fiction” elektron kino dərgisi və "Eternity Film" şirkəti “Bir gün” adlı kino layihəsinə start verib "Bir gün" sıfır büdcə ilə ərsəyə gələcək ilk müstəqil və böyük kino layihəsidir  2014-cü ilin son günü gerçəkləşməsi nəzərdə tutulan bir layihədir

"Birləşən Könüllər" filminin qala gecəsi olacaq.

Noyabrın 20-də türk rejissor Həsən Kıraç rejissoru olduğu “Birləşən Könüllər” filminin qala gecəsi keçiriləcək Həmin gün “28 Cinema” türk filmləri həvəskarları üçün qapılarını açacaq “Birləşən Könüllər” filmi İkinci Dünya müharibəsi dövründə həyatın əsas hissələrindən olan sevgi ilə yaşamış insanlar haqqındadır

Kann festivalının filmləri Bakıda

Oktyabrın 24-də Heydər Əliyev Mərkəzində “Buta” İncəsənət Mərkəzi tərəfindən “Film Delicatessen” çərçivəsində 67-ci Kann kinofestivalının əsas proqramının 8 qısa filmi, o cümlədən Azərbaycan istehsalı olan “Sonuncu” (“The Last one”) filminin premyera nümayişi təqdim edilib AzərTAc xəbər verir ki, filmin nümayişindən əvvəl kino sənayesinin tanınmış xadimi, prodüser Sem Klebanov təqdim olunacaq filmlər haqqında məlumat verib Bildirilib ki, “Buta” İncəsənət Mərkəzi Azərbaycan tamaşaçısına bir axşam ərzində dünyanın nüfuzlu kinofestivalının əsas müsabiqəsində iştirak edən filmlərlə tanış olmağa eksklüziv imkan yaradıb

İtalyan aktrisa Bakıya gələcək

Azərbaycanda İtalyan Film Festivalının açılışında iştirak edəcək məşhur italyan aktrisa “28 Cinema” kinoteatrında olacaq Oktyabr ayının 20-dən 25-dək “28 Cinema” kinoteatrında keçiriləcək İtalyan Film Festivalının fəxri qonağı İtaliyanın məşhur aktrisası Anita Kravos olacaq, hansı ki, “Böyük Gözəllik” (“La grande belezza”) filminin baş qəhrəmanıdır Film 2013-cü ildə xarici dildə ən yaxşı film nominasiyaları üzrə “Oskar” və “Qızıl Qlobus” kimi mükafatlara layiq görülüb

Azərbaycanlı aktrisa Türkiyənin ən yaxşısı seçildi

Türkiyənin Antalya şəhərində 51-ci Beynəlxalq “Altın Portakal” film festivalında mükafatlandırma mərasimi keçirilib “Ən yaxşı film” nominasiyasında “Quzu” filmi qalib gəlib “Ən yaxşı aktrisa” adını isə Türkiyənin bir çox məşhur serial və filmlərində çəkilən Azərbaycanlı aktrisa Nəzrin Cavadzadə (Türkiyədəki adı ilə Nesrin Cavadzade) almağa müvəffəq olub

Əlaçı şagirdlər cizgi filmlərini pulsuz izləyəcəklər

Azərbaycanın ən böyük kinoteatr şəbəkəsi olan “Park Cinema” ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında əməkdaşlıq layihəsi davam edir Kinoteatrın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu ilin oktyabr ayından başlayaraq hər gün 1000-dən çox şagird “Park Cinema”da pulsuz yeni cizgi filmlərini izləmək imkanı qazanacaq Bu paytaxt məktəblərində təhsildə uğur qazanan fəal şagirdlərə aid edilir