Azərbaycan filmi Kann festivalında

Gənclərin çəkdiyi “Zərdüşt belə dedi” filmi Kann festivalında nümayiş olunacaq. Kulis.Aza bu barədə məlumatı filmin aktyoru Orxan Ata verib. Filmin çəkiliş qrupu may ayında Kann festivalı çərçivəsində Kann şəhərində olacaq. Film festivalın “Short Film Corner”inə seçilib.

Filmin rejissoru Ayxan Tan, ssenaristlər İlham Əkbər və Musa Əfəndi, prodüsseri Azad Heydərov, aktyorlar isə Arzuman Mirzəsoy, Orxan AtaEltac Zeynalovdu. Film Qaxda və Bakıda çəkilib.

Filmin posterini Tural Əlisoy hazırlayıb. Filmin ingilis dilinə tərcüməsi prosesində Cavid Ağa və İlahə Əkbər iştirak ediblər.

Filmin sinopsisi belədir: Orxan, qardaşını axtarır. Dostu ilə birlikdə qardaşının axtarışına çıxan Orxan Zərdüştdən xəbər tutur və son şansını yoxlayır. Filmdə hadisələr Orxan-Zərdüşt-qardaş üçbucağında keçən simvollarla dolu hekayələrdən ibarətdir.

Orxan Ata bildirir ki, xəbəri bu gün səhər email vasitəsilə alıblar: “Azad, mən və Ayxan Amsterdamdayıq.  “T of Generation” adlı sənədli trilogiyamızın üçüncü və son hissəsini çəkirik. Film günümüzün anderqraund (tanınmayan) sənətçiləri haqqındadır. İkinci seriyanı Bakıda çəkmişik.”

Mənbə: Kulis.az