Daha bir filmimiz Kann Festivalında

Almaniyada yaşayan həmyerlimiz gənc rejissor Elmar İmanovla Engin Kundağın birgə çəkdikləri Ayrılma (Torn) adlı qısametrajlı film Kann Kino Festivalının müsabiqədənkənar proqramında nümayiş olunacaq.  Xəbərə görə filmdə baş rolları Rasim Cəfərov, Zülfiyyə Qurbanova, Mir Mövsüm MirzəzadəMehdi Səlimov ifa edirlər.  Qeyd edək ki,  Elmar İmanov 2012-ci ildə “Tabutçunun yelləncəyi” qısametrajlı filminə görə "Ən yaxşı xarici film" nominasiyasında Amerika Kino Akademiyasının gənc kinematoqrafçılar üçün bürünc mükafatını alıb.

Mənbə: teleqraf.com