Seçim filminin fraqmenti yayımlandı

Dünən axşam saatlarında rejissor Şahin Xəlilin ilk uzun metrajlı filmi olan "Seçim"in fraqmenti yayımlandı. Filmin çəkilişlərinə keçən ilin noyabr ayından başlamış və bu ilin may ayında bitmişdir. Filmin mövzusu, iki qardaşın həyatından bəhs edir. Bir qardaş digərinin fiziki məhdudiyyətli olmasına səbəb olub və indi etdiyi bu səhvin peşmançılığı ilə yaşayır. Cəmiyyətin unudulmuş tərəfində baş verən hadisələr fonunda cərəyan edən qarışıq psixoloji sarsıntılar, hisslər və insanların faciəsindən bəhs edən film, bəşəri suallarla cavab axtarmaqla absurd bir rebusa çevrilir.

Şahin Xəlildən əldə etdiyimiz məlumata görə filmin nümayişi ölkədə gözlənilməsə də beynəlxalq film festivallarına göndəriləcəyini planlaşdırılıb. Film, Eternity Film Company, Film Fiction və Kinotapın birgə istehsalıdır. Xatırladaq ki, rejissorun ilk işi "Qonaq" adlı qısa filmi olmuşdur.

Filmin treylerini buradan izləyə bilərsiniz.