Aktrisa Xanım Qafarova vəfat etdi

Əməkdar artist 47 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib

Bir neçə dəqiqə öncə Musiqili Teatrın aktrisası, əməkdar artist Xanım Qafarova dünyasını dəyişib. Bu barədə Lent.az-a mərhum aktrisanın bacısı oğlu məlumat verib. O bildirib ki, xanım aktrisa son sözünü deyib və az sonra keçinib: “Bu sözləri demək mənim üçün çox çətindir. Xalam son günlərinə qədər həyatla mübarizə aparırdı. O, həyatı sevirdi. Yeganə övladına və anasına görə narahat idi. Elə ancaq onları, əsas da az yaşlı qızını düşünürdü. Yeganə arzusu sağalıb, ayaq üstə durmaq idi. Amma nə etməliyik. Vaxtsız ölüm Allahın qisməti və xalamın alın yazısı imiş. Allah rəhmət eləsin”.


Xatırladaq ki, mərhum aktrisa süd vəzi xərçəngindən 2009-ci ildən bəri əziyyət çəkirdi.

Qeyd edək ki, 1967-ci il mayın 9-da Bakıda anadan olan mərhum aktrisa 1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olub. İkinci kursda oxuyarkən "Tənqid-Təbliğ" teatrında işləməyə başlayır. 1996-cı ildən is Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alaraq, həmin teatrda oynadığı bir çox rolları ilə onu sevənlərin yaddaşında qalmağı bacarıb. Məhz bunun nəticəsində isə 2003-ci ildə Azərbaycanın əməkdar artist fəxri adına layiq görülmüşdü.  2012-ci il mayın 9-u və 2014-cü ild aprelin 30-da Prezident Mükafatına layiq görülüb. O, 1991-ci ildə “Şirbalanın məhəbbəti”, 1997-ci ildə “Kənddən gələn var”, 2001-ci il “Yuxu”, 2006-ci il “Adam ol”  və 2011-ci ildə “Qayanana” filmində rola alıb.

Allh rəhmət eləsin!

Mənbə: Lent.az