“Axırıncı dayanacaq” filminin təqdimat mərasimi keçirildi.

Nizami kinoteatrından, Kinotap.com`a verilən məlumata görə, oktyabrn 17-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında ekranlaşdırılan “Axırıncı dayanacaq” bədii filminin təqdimat mərasimi olub. İlqar Fəhminin ssenarisi əsasında rejissor Fikrət Əliyevin ironik komediya janrında çəkdiyi bu film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Pullarını itirmiş polkovnik, dostlarından şübhələnməyə başlayır və bundan sonra başına gələn hadisələr onu gülüş obyektinə çevirir. Filmin çəkilişləri Bilgəh qəsəbəsindəki qocalar evində və kinostudiyanın pavilyonunda Filmin quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımovdur. Rollarda xalq artistləri Fuad Poladov, Zemfira Nərimanova, Ağaxan Salmanlı, Tariyel Qasımov, Arif Quliyev, əməkdar artistlər Zemfira Sadıxova, Tofiq Hüseynov və başqaları çəkiliblər. Təqdimat mərasimində mədəniyyət və turizm nazirliyinin əməkdaşları, filmin yaradıcı heyəti, sənət adamları və digər qonaqlar iştirak edib. Həmçinin, qonaqlar Nizami Kino Mərkəzinin foyesində mədəniyyət və turizm nazirliyinin təşkil etdiyi foto sərgi ilə tanış olublar.