Azərbaycanlı aktrisa Türkiyənin ən yaxşısı seçildi

Türkiyənin Antalya şəhərində 51-ci Beynəlxalq “Altın Portakal” film festivalında mükafatlandırma mərasimi keçirilib.

“Ən yaxşı film” nominasiyasında “Quzu” filmi qalib gəlib. “Ən yaxşı aktrisa” adını isə Türkiyənin bir çox məşhur serial və filmlərində çəkilən Azərbaycanlı aktrisa Nəzrin Cavadzadə (Türkiyədəki adı ilə Nesrin Cavadzade) almağa müvəffəq olub.

Eyni zamanda “Ən yaxşı rejissor” mükafatını da bu filmin rejissoru Qutluğ Ataman qazanıb.

Nəzrin Cavadzadə  filmi anasına ithaf edib.