Günay Musayeva və əri Ərdoğan haqqında filmdə çəkiləcəklər

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan haqqında filmə çəkiləcək.

ANS PRESS-in məlumatına görə, “Kod adı: K.O.Z” adlanacaq filmdə Günay “Məryəm” obrazını canlandıracaq. Filmdə həmçinin Günay Musayevanın həyat yoldaşı aktyor Tolqa Karel və digərləri çəkiləcək. Filmdə baş rolu aktyor Orxan Kılıç canlandıracaq.

Filmin rejissoru Uğur Yalçınkaya ekran əsərinin dövlət sifarişi ilə çəkilmədiyini bildirib. "Bu filmin hökumət tərəfindən çəkildiyi barədə verilən şərhlərə çox pis oldum. Biz filmin çəkilişi üçün nə Mədəniyyət Nazirliyinə müraciət etmədik, nə də vəsait istəmədik. Rəcəp Tayyip Ərdoğanla heç bir gorüşməmiz və ya toplantımız olmayıb” - deyə, o etirazını bildirib.

Rejissor qeyd edib ki, filmin çəkilişlərinə noyabrda başlanacaq, dekabrın 17-si isə ekrana çıxarılacaq.

 

Mənbə: ANS PRESS