“Bir gün” adlı kino layihəsinə start verib.

“Film Fiction” elektron kino dərgisi və "Eternity Film" şirkəti “Bir gün” adlı kino layihəsinə start verib.

"Bir gün" sıfır büdcə ilə ərsəyə gələcək ilk müstəqil və böyük kino layihəsidir.  2014-cü ilin son günü gerçəkləşməsi nəzərdə tutulan bir layihədir. Çəkilən video materiallar sonda tam metrajlı filmə çevriləcək. Layihəyə 18 yaşdan yuxarı olan hər kəs qoşula bilər. layihənin şərtlərinə görə, video material sırf layihəyə görə və dekabrın 31-i günü çəkilməlidir. Daha öncə çəkilmiş, yayılmış videolar qəti qadağandır.  Çəkiliş HD formatda (16:9) olmalıdır. Material professional video kamera, fotokamera və ya bu formatı dəstəkləyən mobil telefon vasitəsi ilə də çəkilə bilər. Hadisələr real zaman ərzində baş verməlidir. Qəhrəmanlar sıradan insanlar olmalıdır. Xronometraj maksimum 5 dəqiqədən çox, minimum 3 dəqiqədən az ola bilməz. Çəkilmiş material montaj olunmadan bir dubla çəkilməlidir. Çəkiliş məkanında musiqi yoxdursa, materialın üzərinə musiqi əlavəsi etmək olmaz.  Heç bir professional işıqlandırmadan, rekvizitdən istifadə oluna bilməz və materialda sujet xətti olmamalıdır. Sənədli film-likdən kənara çıxmamalıdır”.

Şahin Xəlilin sözlərinə görə, göndərilən video materialların qiymətləndirməsi və seçilməsi “ETERNITY FILM” tərəfindən aparılır.

Video materiallar  kreativliyinə, keyfiyyətinə və mövzudan (qaydalardan) kənara çıxmamasına görə seçilib yekun filmə daxil olacaq"-deyə o bildirib.

Qeyd edək ki, iştirakçılar video materialı anket (anketi yüklə: http://bit.ly/1A97iUV) ilə bərabər göstərilən – birgunfilm@gmail.com elektron ünvanına göndərməlidir.

Mənbə: Kulis.az