Xəyanət etmiş sevgilisini bağışladı

Hollivudun məşhur aktyorları, "Alatoran" kinosaqasından sonra dünyaca populyarlaşan Kristen Stüart və Robert Pattison barışıblar.

Kristen Stüart sevgilisinə "Ağcaqız və ovçu" filminin rejissoru Rupert Sanderslə xəyanət etmişdi.

Milli.Az "Entertainment Tonight"a istinadən bildirir ki, 3 ilin sevgililəri olan Robert və Kristen dünən Los-Ancelesdəki "Ye Rustic" barında birlikdə idilər.

41 yaşlı, evli rejissor Rupert Sanders isə gənc aktrisanı yatağına salandan sonra arvadı ilə münasibətlərinin pisləşdiyini etiraf edib.

 

Milli.az