Dünyanın ən çox qazanan aktyorları kimlərdir?

"Forbes"in siyahısına ildə 24 mln. dollar qazanan Eşton Katçer başçılıq edir.

"Forbes" jurnalı dünyanın ən gəlirli aktyorlarının siyahısını dərc edib. Siyahıya liderlik televiziya və kino ulduzu Eşton Katçerə qismət olub. Belə ki, yalnız 2012-ci il ərzində aktyor 24 milyon dollar gəlir əldə edib. Qeyd edək ki, bu qonorarı aktyor “İki yarım insan” serialında çəkildiyinə görə alıb. O, serialda qalmaqallı Çarli Şini əvəz edib.

Milli.Az Anspress-ə istinadən xəbər verir ki, Eştonu britaniyalı aktyor Xyu Lori izləyir. Onun doktor Haus roluna görə aldığı qonorar 18 milyon dollar təşkil edir.

Eyni qonorar məbləği ilə siyahının üçüncüsü “Buz dövrü” cizgi filmini səsləndirən və “Orta yaşlı kişilər” serialının qəhrəmanı Rey Romanodur.

Aleks Bolduin və Mark Xermon siyahının 4-5-ci yerlərini bölüşür. Onların gəliri 15 mln. dollar təşkil edib.

Top onluqda 14 milyonla Tim Allen, Con Krayer (13 mln), Patrik Demps (12 mln), Cim Parsons, Conni Qaleki və Ceyson Siqelin (8 mln) adları da yer alıb.

 

Milli.az