Conni Depp məhkəməyə verildi

ABŞ-ın Los-Anceles şəhərində məşhur aktyor Conni Deppə qarşı iddia qəbul olunub.
Amerikalı qadın konsert zamanı Deppin mühafizəçilərinin ona qarşı ifrat kobudluq etdiklərini bildirir.
France 24-ə istinadən bildirilir ki, İrvin şəhərinin sakini, Kaliforniya Universitetinin professoru 53 yaşlı Robin Ekertin iddiası ilə bağlı hakim Maykl Conson deyib: "İddia qəbul olunub
və cinayət işi qaldırılacaq. Hər şey araşdırılacaq".
Hadisə ötən ilin dekabrında baş verib.
"The Stooges" qrupunun konsertinə getmiş Ekert VİP-lojada oturmuşdu.
Az sonra Depp və ailəsi də konsertə gəlib.
Qadın təsadüfən Deppin masasının yaxınlığından keçəndə aktyorun mühafizəçiləri ona qarşı güc tətbiq ediblər.
"Onlar məni yerə çırpdılar, mobil telefonumu əlimdən aldılar", - Ekert deyib.

 

Mənbə: cineline