"Ulduz savaşları 7" gəlir

Walt Disney kinostudiyası "Ulduz savaşları" kinosaqasını çəkmiş "Lucasfilm" studiyasını 4,05 milyard dollara satın almağa hazırlaşır.
TMZ-yə istinadən bildirilir ki, alqı-satqı sövdələşməsi bu günlərdə başa çatacaq.
Disney studiyası "Ulduz Savaşları 7" filmini çəkmək niyyətində olduğunu bəyan edib.
Filmin 2015-ci ildə ekranlara çıxacağı gözlənilir.
Disney studiyasında hazırda Pixar, Marvel, ESPN və ABC var.
"Lucasfilm" satın alınandan sonra studiyaya hazırkı vitse-prezident Ketlin Kennedi başçılıq edəcək.
O, Walt Disney-in baş direktoru Alan Horna tabe olacaq.
Kinorejissor Corc Lukas isə "Ulduz savaşları" məcrasında çəkiləcək yeni filmlərin məsləhətçisi olacaq.
Anlaşmanın şərtlərinə görə, 4,05 milyardlıq məbləğin yarısı pulla, yarısı da Disneyin 40 milyon səhmi ilə ödənəcək.
Corc Lukas Lucasfilm-lə yanaşı, Industrial Light & Magic-i də satıb.

 

Mənbə: cineline