Həftənin yeni filmləri

 Bu həftə kinoteatrlarımızda Almaniya, ABŞ, Honkonq, Sinqapur, İspaniya, Kolumbiya istehsalı olan filmlər göstəriləcək. 

 Həftənin ən çox diqqət çəkən filmlərindən biri "Buludlu Atlas"dır. Baş rollarında Tom Henks, Hale Berri kimi ulduzların oynadığı film ötən həftədən göstərilməyə başlasa da,  ancaq VIP zallarda göstərildiyindən bir çox kinosevər bu həftəni gözləməli olmuşdu.

 İspaniya və Kolumbiya ortaq məhsulu olan "Bunker" filmi də bu həftə göstərilməyə başlanacaq.

 "Toran. Saqa. Şəfəq: 2-ci hissə"nin seans tarixi yaxınlaşana qədər filmin əvvəlki hissələri göstərilməyə başlanmışdı. Bu ənənənin davamı olaraq isə bu həftə filmin "Toran. Saqa. Şəfəq. 1-ci hissə"si göstəriləcək.

 Növbəti film isə "Ralf" animasiya filmidir. 108 dəqiqəlik filmə balaca tamaşaçılar valideynləri ilə birgə baxa bilərlər.

 Bu həftəki son film isə Zak EfronMettyu MakKonaxiNikol Kidmanın baş rolunda oynadığı "Jurnalist oğlan" (The Paperboy) filmi olacaq.

 Filmlər haqqında hər birinin öz səhifəsindən ətraflı məlumat ala bilərsiniz. Gündəlik seansları "Seanslar" bölümündən izləyə bilərsiniz. Hər bir film kinoteatrlarda göstərilməyə başlandıqda bu barədə filmin səhifəsində məlumat ala biləcəksiniz.