"Future Shorts" qısametrajlı filmlər festivalı keçiriləcək

 Dünyanın ən nəhəng qısametrajlı film festivalı 6 qitədə yerləşən 90 ölkənin və 285 şəhərinin 40,000 tamaşaçısını əhatə edəcək və “Malaria No More UK” xeyriyyə fondu ilə əməkdaşlıqda həyata keçirilən layihəsidir.

 2012-ci ilin oktyabr ayının 1-də Future Shorts Qısametrajlı Filmlər Festivalının yeni sezonunun açılışı Londonda elan olunmuşdur.
Hazırda Festival öz beynəlxalq prokat şəbəkəsini və tamaşaçı auditoriyasını genişləndirməkdədir və qısametrajlı filmlər sahəsində çəkilən ən yeni filmləri təqdim edərək, onları ən gözlənilməz və möhtəşəm məkanlarda nümayiş etdirir. Artıq Festival çərçivəsində Buxarestin Jenin knoteatrında (Cinema Jenin) və Londonun bir neçə dəbdəbəli klublarında filmlərin nümayişləri keçirilib.
2012-ci ilin oktyabr ayının 1-i dekabr ayının 31-i müddəti daxil olmaqla, məxsusi payız proqramı çərçivəsində çağdaş meqapolis sakinlərinin bəslədiyi ümid və diləkləri barədə bəhs edən 5 oyun qısametrajlı film nümayiş olunacaq. Bu zaman proqram çərçivəsində nümayiş olunacaq filmlər sırasında “Naxa balığı” filmin rejisorunun çəkdiyi və Tom Ueytsin kadrarxası şəhlərinin səsləndirdiyi “Corc Baldessarinin qısa tarixçəsi” filmini, BAFTA mükafatının “ən yaxşı qısametrajlı film” nominasiyasının qalibi və həmin nominasiya üzrə Sandens müstəqil kino festivalının mükafat  sahibi “Ayin” filmini, Traybekdə keçirilən kinofestivalın Münsiflər Heyətinin xüsusi mükafatının sahibi “Qara Hava Balonu” filmini, habelə dünyada artıq 50-dən çox mükafat qazanmış “Sadə qəhvə” və “Auf Der Strecke” filmlərini qeyd etmək olar.

 Bu il keçiriləcək Future Shorts Festivalı fəaliyyəti malyariya kimi qorxunc xəstəliyin profilaktikası üzərində qurulan və bu xəstəlikdən əziyyət çəkən insanların həyatlarını xilas etməyə çalışan “Malaria No More UK”  xeyriyyə fondu ilə əməkdaşlığı barəsində yenədə fəxrlə bəyan etmək şərəfinə nail olub. Britaniya Krallığının bütün film həvəskarları bu payız xeyriyyə nümayişlərində iştirak etmək fürsətindən yararlanaraq, hər saat insan həyatına son qoyan malyariya və digər ölümcül xəstəliklərlə mübarizə üçün tələb olunan maliyyə vəsaitlərinin toplanılmasında əlindən gəldikləri yardımı göstərmiş olacaq.

FUTURE CİNEMA haqqında qısa məlumat
 FUTURECINEMA, habelə FUTURESHORTS, SECRETCINEMA, SECRETSCREENINGS, THEOTHERCINEMA, SECRETRESTAURANTи SECRETSWIMMING festivallarının müəllifləri tamaşaçılara oyun kinosu, musiqi, səhnələşdirilmiş tamaşa və canlı performansın müəyyən mənada birləşməsini təqdim etməklə, kinematoqrafın qavranılmasının yeni formalarını yaratmaq niyyətindədirlər. Yaradılması hələ 2005-ci ildə planlaşdırılan Future Cinema assosiasiyası kino həvəskarlarının hisslərini həyəcanlandıran vasitələrinin müxtəlifliyi hesabına məşhurlaşıb. Layihə müəllifləri tərəfindən təşkil olunan bütün tədbirlər tezliklə qaçırılması mümkün olmayan hadisələrə çevrilirdilər. Bundan başqa, Future Cinema yaradıcılıq layihələrinin həyata keçirilməsi üçün tələb olunan istedadların axtarışı, müxtəlif brend məhsullarının reklam kampaniyalarının işlənib hazırlanması və yeni kino məhsulların buraxılışı ilə məşğul olan agentlik kimi fəaliyyət göstərir.
Hazırda keçirilən Future Shorts Festivalı kinematoqrafa keyfiyyətcə yeni baxışları ilə seçilən tamaşaçı auditoriyasının formalaşması ilə bağlı səkkizillik sınaq və səylərin nəticəsidir. 2003-cü ildən etibarən Festival bütün dünyada milyonlarla tamaşaçıya yaratdığı əsərlərə baxmaq fürsətini verən kinematoqrafçıların beynəlxalq platformasının yaradılması ilə məşğuldur.


 Festival çərçivəsində Bakıda təşkil olunacaq nümayişlər noyabr ayının 23 və 24 tarixlərində Park Cinema kinoteatrının (Park Bulvar ticarət mərkəzinin 4-cü mərtəbəsi) böyük zalında keçiriləcək. Seansların başlaması saat 19:00 və 21:00-ə təsadüf edəcək. Festivalda iştirak etmək istəyənlər bilətləri birbaşa kinoteatr kassalarında ala bilərlər.

 

Mənbə: Yarat