Barbar Konan qayıdır

Məşhur aktyor, Hollivud ulduzu Arnold Şvartsnegger yenidən barbar Konan rolu ilə ekranlara qayıtmağa hazırlaşır. 

Milli.Az TMZ-yə istinadən bildirir ki, kino ekspertləri 65 yaşlı aktyorun bu çətin rolun öhdəsindən necə gələcəyini müzakirə edirlər.

Şvartsnegger 1980-ci illərdə "Barbar Konan" barədə kinosaqadakı baş rolu ilə daha da məşhurlaşmışdı.
Kinosaqanın ilk filmi "Conan the Barbarian" 1982-ci, ikinci filmi "Conan the Destroyer" isə 1984-cü ildə çəkilmişdi.

Konan barədə yeni filmi "Universal" studiyası çəkməyə hazırlaşır.

 

Mənbə: Milli.az