"28 Cinema"da Xpand 3D olacaq

Yeni kinoteatrların açılması ilə birlikdə tamaşaçıların kinoteatr seçimləri daha çoxalır. Növbəti belə kinoteatr isə 28 Cinema olacaq. Yaxın zamanda açılışı gözlənilən kinoteatr artıq istifadə olunacaq texnologiyalar barədə də məlumat verməyə başlayıb. 

Ekskluziv olaraq Azərbaycanda 28 CİNEMA kinoteatrında, dünya kino bazarında 3D texnologiyaları üzrə lider olan Xpand 3D texnologiyası təqdim olunacaq.  

Bununla da kinoteatr digərlərindən fərqlənərək tamaşaçılarına daha rahat izləmək imkanı təqdim etmək istəyir.