Teymur Daiminin “Sonuncu” mistik dram filmi nümayiş olunacaq

Gənc Film İstehsalçıları Assosiasiyasının "Fokus" Yaradıcı Gənclərin Kino Evi layihəsi çərçivəsində rejissor Teymur Daiminin "Sonuncu" mistik dram filminin nümayişi keçiriləcək. Nümayişdə Teymur Daimi də iştirak edəcək. Baş rolda fantast yazıçı Aleksandr Xakimov çəkilmişdir


Tarix: 24 noyabr, Şənbə günü
Vaxt: 17:00
Ünvan: Hökumət evi, 5-ci alaqapı, 2-ci mərtəbə

Əlaqə: kinoevi@gmail.com
Telefon: (012) 4932727

İştirak etmək istəyənlərin Hökümət evi girişində problem yaşamaması üçün üzərində şəxsiyyəti təsdiq edən sənəd olması vacibdir
Giriş sərbəstdir.

Layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir. Layihənin partnyorları Azərbaycan Kinematoqrafçılar İttifaqı və Buta Film Kino şirkətidir. İnformasiya dəstəyi Cineline.az saytı və "Kinomansan?" Facebook səhifəsi.

 

Mənbə: FB Event