“Park Cinema”dan yeni bonus kartlar

“Park Cinema” bonus kart istehsal edib. Həmin kartla bilet alarkən balansa yığılacaq bonuslarla istədiyiniz hər hansı filmə pulsuz dəvətnamə əldə edə biləcəksiniz.
Bonus kartla kinoteatrda balla
rın toplanması ilə bilet haqqının ödənilməsi imkanı yaradır və öz sahibləri üçün xidmətlər və güzəştlər çeşidinin genişlənməsini nəzərdə tutur. Kartlar 2012-ci il 31-dekabrınadək kinoteatr tərəfindən keçirilən aksiyalar zamanı pulsuz sürətdə təqdim olunacaq.
İlkin mərhələdə, “Kart” öz sahibin hesabına, ümumi biletin dəyərinin 7.5% bal miqdarında güzəşt qazandırır. Sonra, kart sahibi, öz istəyinə görə, balların toplanmasına, növbəti toplanma mərhələsinə (10%, 12.5%) keçənədək davam edə və ya biletin ödəniləsi üçün artıq toplanmış ballardan istifadə edə bilər. “Kart”, kinoteatrda biletləri alan zaman təqdim olunur.
Məlumat üçün bildirək ki, noyabrın 27-də bonus kartın təqdimatı olacaq.
“Park Cinema”da həmin gün, yəni noyabrın 27-də saat 20.00-da ABŞ istehsalı olan Sözlər («Слова») filminin premyerası nəzərdə tutulur. Ekran əsərinin rejissoru Brayan Klaqman, Li Sterntaldır. Rollarda isə Bredli Kuper, Ceremi Ayrons, Oliviya Uayld və başqaları çəkilib. Film dram janrındadır.
Qeyd edək ki, filmdə məşhurluğun zirvəsinə çatmış bir ssenaristin həyatından bəhs edilir. Başqasının əlyazmasını oğurlayan bu insanı indi ağır cəza gözləyir.
Park Cinemada keçiriləcək qapalı nümayişdə yerli bomondun tanınmış simaları iştirak edəcək.

 

Mənbə: cineline