Müstəqillik dövründə çəkilmiş filmlərin nümayişi

Ölkəmiz müstəqillik qazandıqdan sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilən filmlərimiz ilk dəfə silsilə şəklində nümayiş olunacaq. Bu barədə jurnalistlərə açıqlama verən kinostudiyanın rəhbəri Müşfiq Hətəmov noyabrın 15-dən ilin axırınadək Nizami Kino Mərkəzində hər həftə bir ekran əsərinin tamaşaçılara təqdim ediləcəyini deyib.
   Nümayiş olunacaq filmlər arasında “Dolu”, “Cavad xan”, “Qırxıncı qapı”, “Aktrisa”, “Tərsinə çevrilmiş dünya”, “Milli bomba” kimi ekran əsərləri var.
   M.Hətəmov ilin axırında digər filmlərin siyahısının təqdim ediləcəyini və bu nümayişin 2013-cü ilin aprel ayınadək Nizami Kino Mərkəzində həyata keçiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, filmlərin təqdimatı yalnız “Nizami” Kino Mərkəzi ilə məhdudlaşmır, ekran əsərlərinin gələcəkdə regionlardakı mədəniyyət evləri və kinoteatrlarda da göstərilməsi planlaşdırılır.