Azərbaycanın xalq artisti ürəyindən əməliyyat olundu

Ramiz Məlikovun ürəyin 4 damarı dəyişdirilib.

Milli.Az-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının xalq artisti Ramiz Məlikov noyabrın 24-də ürəyin işemik xəstəliyi və ağır ürək çatışmazlığı diaqnozuyla Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib.

Həmin gün ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi altında açıq ürək əməliyyatı icra olunub və ürəyin 4 damarı dəyişdirilib. Hazırda xalq artisti reanimasiya şöbəsindədir, həkimlər vəziyyətinin kafi olduğunu bildirirlər.

 

Milli.Az