Mirzə Fətəli Axundzadə haqqında filmin təqdimatı

Noyabrın 28-də saat 19:00-da Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Sübhün səfiri" bədii filminin təqdimatı olacaq.

    Milli dramaturgiyamızın banisi, yazıçı-mütəfəkkir Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr edilmiş ekran əsərinin ssenari müəllifi Xalq yazıçısı Anar, quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Adil Qulamovdur. Ədibin uşaqlıq illərini Tofiq Əliyev, gənclik illərini Nicat Həbibov, yaçlı dövrünü Xalq artisti Rasim Balayev canlandırır. Ekran əsərində həmçinin xalq artsitləri Fəxrəddin Manafov. Ramiz Əzizbəyli, Rafiq Əliyev, Aleksandr Şarovski, Məbud Məhərrəmov, Əməkdar artist Məmməd Səfa, Məlahət Abbasova və başqaları rol alıbıar. Filmin çəkilişləri Bakıda, Axundzadənin doğma vətəni Şəkidə, habelə Tbilisi və İstanbulda aparılıb.