Los-Ancelesdə ilk "Oskar"lar verildi

Los-Ancelesdə Amerika Kinoakademiyası İttifaqının idarə heyətinin təntənəli görüşü keçirilib. Ənənəyə sadiq qalaraq bu dəfə də fəxri Oskarlar sahiblərini tapıb.
2012-ci ilin laureatları kaskadyorvə rejissor Hel Nidem, sənədli filmlər rejissor D.A. Pennebeyker və kino sənəti tarixçisi Corc Stivens olub. DreamWorks Animation-ın başçısı Ceffri Kattsenberq, Cin Herşolt adına humanitar mükafata layiq görülüb. Mərasimdə Tom Henks, Stiven Spilberq, Corc Lukas, Uill Smit, Kristen Stüart, Uorren Bitti, Helen Hant və digərləri iştirak edib.
Xatırladaq ki, əsas mərasim 24 fevral 2013-cü il tarixində keçiriləcək.

 

Mənbə: Cinline FB