“Dolu” bədii filmi Rusiyada nümayiş olunacaq

Yazıçı-publisist, millət vəkili Aqil Abbasın eyniadlı romanı əsasında C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinorejissor Elxan Cəfərovun lentə aldığı Qarabağ həqiqətlərini əks etdirən “Dolu” bədii filmi 6-9 dekabr 2012-ci il tarixlərində Rusiyanın Moskva, Sankt-Peterburq və Yekaterinburq şəhərlərində nümayiş olunacaq.