Andrey Tarkovskinin "Güzgü" filminin nümayişi

Dekabr ayının 15-i saat 17:00-da "Fokus" Yaradıcı Gənclərin Kino Evində Andrey Tarkovskinin "Güzgü" filmi nümayiş olunacaq. Andrey Tarkovskinin yaradıcılığı və bu film haqqında Ali İsa Cabbarov məlumat verəcək.

"Andrey Tarkovskinin “Güzgü” filmi haradasa avtobioqrafik əsərdi. Bu filmdə rejissor öz uşaqlıq aləminə səyahət edir, film boyunca real epizodlarla irreal, xəyali epizodlar bir-birini əvəzləyir..
Tarkovskinin “Güzgü” filmi sonet kimi çəkilib. Bu film şeirdi, poeziya nümunəsidi. Xoşbəxt uşaqlıq aləm
inin əsrarəngiz röyaları və şəxsiyyətə pərəstiş dövrünün dəhşətli səhnələri…Sebastyan Baxın ölməz kantatası səslənir. Filmdə A.S.Puşkinin romantik məktubları oxunur, kiminsə gözəgörünməz bir adamın, bəlkə də elə Tarkovskinin öz əlləri Leonardo da Vinçinin rəsmlərini vərəqləyir. 140 dəqiqəlik film, 140 dəqiqəlik müəmma, 140 dəqiqəlik poema"
 

Hər birinizi filmin nümayişinə gözləyirik! Giriş sərbəstdir.

Tarix: 15 dekabr, Şənbə
Vaxt: 17:00
Ünvan: Üzeyir Hacıbəyov 40, Hökumət evi 5-ci giriş, 2-ci mərtəbə

E-mail: kinoevi@gmail.com
Facebook: http://fb.com/FokusKinoEvi
Twitter: http://twitter.com/FokusKinoEvi

Layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir. Layihənin partnyorları Azərbaycan Kinematoqrafçılar İttifaqı və Buta Film Kino şirkətidir. İnformasiya dəstəyi Cineline.az saytı və "Kinomansan?" Facebook səhifəsi.

 

Mənbə: FB event