Film, film, film - adlı online viktorina

Virtual intellektual klubu ZQUIZ.net  kinosevərlər və kino ilə maraqlananlar üçün “Film, film, film” adlı onlayn-viktorina elan edir. Yarış 2012-ci il dekabrın 18-dən 28-dək keçəcək.

Layihə ZQUIZ.net virtual intellektual klubu çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi, iştirakçıların intellektinin inkişafı və dünyagörüşünün genişləndirilməsidir. Hər qeydiyyatdan keçmiş üzv saytda keçirilən viktorinalarda və intellektual oyunlarda iştirak etmək hüququna malikdir. Keçirilən yarışlarda və turnirlərdə qeydiyyat və iştirak tamamilə pulsuzdur.

Qeydiyyatdan keçmiş iştirakçılar on bir gün ərzində viktorina məsələlərinə cavab verməklə minimal vaxt ərzində balların maksimal miqdarını yığmağa çalışmalıdır. İştirak şərtlərinin təfərrüatı ilə  ZQUIZ.net saytında tanış olmaq olar.

Müsabiqənin nəticələri 1 yanvar 2013-cü ilə qədər ZQUIZ.net saytında və layihənin Facebook-səhifəsində dərc ediləcək. Qaliblər qiymətli mükafatlar alacaqlar.

Layihənin baş informasiya partnyoru Caspian Energy International Media Group-dur.

Yarışın keçirilməsində iştirak edirlər; CEIBC, Park Cinema kinoteatrı, Kalb studiyası, Zeitnot şirkəti, texnika və texnologiyalar haqqında jurnal InfoCity , online kino afişa saytı Kinotap.com.

"Film, film, film"  adlı onlayn-viktorinanın nəticəsinə görə mükafatların verilməsi 2013-cü ilin yanvarında CEIBC tədbirlərindən biri çərçivəsində olacaq.