Nizami Kino Mərkəzinin yeni direktoru açıqlama verdi

"Artıq 2 gündür bu vəzifəyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təyinatı ilə göndərilmişəm. Nazirin məndən tələbləri var. Buna görə də qarşıma ciddi məsuliyyətli işlər qoyulub ki, yaxşı nəticələr əldə edək. Əlimdən gələni edəcəyəm ki, bu nəticələrə nail olaq". Bunu SİA-ya açıqlamasında “Nizami” Kino Mərkəzinə yeni direktor təyin olunan Vüqar Zeynalov deyib.

"Bundan əvvəl kino sahəsində heç bir təcrübəm olmayıb. Bir sıra idarəetmə orqanlarında, eləcə də İncəsənət muzeyində direktor müavini və bu kimi vəzifələrdə çalışmışam. Kino sahəsində bu mənim ilk təcrübəmdir",- deyə Kino Mərkəzinin direktoru əlavə edib.

Qeyd edək ki, bu vəzifəni bir neçə müddət Mərkəzin direktor müavini İlham Babayev icra edib.

Mənbə: Cineline FB