“Kurtlar Vadisi Pusu”dakı maskalı adam həmyerlimizdir

Türkiyənin ATV kanalında yayımlanan “Kurtlar Vadisi Pusu” serialının 176-cı bölümü hər kəsi çaş-baş qoyub. Polad Ələmdar öləndən sonra ortaya çıxan “maskalı adam”ın kimliyi serial sevənləri çox narahat edir. Türkiyə və Azərbaycan mətbuatında bu haqda bir çox yazılar dərc olundu, hətta, internet forumlarda “maskalı adam”ın kimliyi müzakirə obyektinə çevrildi. Artıq məlumdur ki, bu insan Polad Ələmdar obrazıdır, lakin, Necati Şaşmaz deyil!

“Maskalı adam” həmyerlimiz, Necati şaşmazın dublyor-kaskadyoru Babək Həsənzadədir.

Bildiyimiz kimi, Necati Şaşmaz bu yaxınlarda Nagehan Kaşıkçı ilə ailə qurduğu və bal ayına yollandığı üçün serialda çəkilə bilmir. Onu dublyor-kaskadyoru azərbaycanlı Babək Həsənzadə əvəz edir.

İlk dəfə yerli kanallardan Xəzər TV-nin “Bizim gün” verilişində qonaq olan Babək “Kurtlar Vadisi Pusu”nun yaradıcı heyəti ilə çoxdan əməkdaşlıq etdiyini bildirib. Serialda bütün təhlükəli səhnələrdə, həmçinin, “Kurtlar Vadisi Fələstin” filmində döyüş və atışma epizodlarında Necati Şaşmazın yerinə Polad Ələmdar obrazını Babək Həsənzadə canlandırıb.

“Kurtlar Vadisi Pusu” serialındakı “maskalı adam” həmyerlimiz Babək Həsənzadədir.

 

Mənbə: Cineline FB