Tezliklə “Metro Cinema” açılacaq

Bakıda yeni kinoteatrlar açılmağa davam edir.  Kino həvəskarları artıq yeni məkanda da film izləyə biləcəklər. "MetroPark" ticarət mərkəzində "Metro Cinema" adlı kinoteatrın açılmağı gözlənilir. MetroPark-ın Facebook səhifəsində paylaşdıqları məlumata görə kinoteatr mart ayında açılacaq.

Paylaşılan logodan da göründüyü kimi kinoteatr Park Cinema şəbəkəsinə məxsus olacaq. Park Cinema-dakı bonus kartlarındakı güzəştlər də yeni açılacaq kinoteatrda istifadə edilə bilməsi gözlənilir.

 

Metro Cinema fəaliyyətə başladıqda seansları barədə buradan məlumat ala biləcəksiniz - http://kinotap.com/az/seances/?cinema=9