Park Cinema-da Aşk Kırmızı filminin mətbuat üçün baxışı keçiriləcək

Aprelin 5-i, Türkiyənin Sinegraf Film Productions və United İnternational Pictures-in təqdim etdiyi «Aşk kırmızı» filminə press-baxış keçiriləcək.
Mətbuat baxışı Park Cinema kinoteatrında keçiriləcək.
Filmin süjeti qadınla kişi arasındaki münasibətlərə əsaslanır. Emosiyalarla dolğun və süjet gedişatının gözlənilmədən dəyişilməsi tamaşaçını sözsüz ki, təsirləndirəcək. Hər növbəti səhnə gözlənildiyindən daha gözəldir. Bu film “Uzun hekayə”, “Doludizgin yıllar”, “Acı həyat” və s. kimi filmləri ilə tanınmış Türkiyənin məşhur prodüseri, rejissoru və ssenariçisi Osman Sınavın növbəti uğurlu işidir.

Film barədə ətraflı məlumat almaq və trailer və filmdən fotolara baxmaq üçün kinotap səhifəsinə baxa bilərsiniz - http://kinotap.com/az/movies/179