7-ci Azərbaycan Kinomarafonu

Aprel ayının 11-də Nizami kinoteatrının 2-ci zalında
YARAT! Müasir İncəsənət Məkanının "İNDİ" layihəsinin
çərçivəsində təşkil olunmuş 7-ci Azərbaycan Kinomarafonun filmlərin təqdimatı keçiriləcək.

Təqdimata təşrif buyuran qonaqlar və iştirakçılar artıq Cinemasports/Azerbaijan səhifəsində yerləşdirilmiş 6 qısametrajlı filmə, habelə bir hələ də nümayiş olunmamış filmə baxmaq imkanı əldə edəcək.

Bundan başqa, Münsiflər Heyətinin tərkibində iştirak edəcək dəvət olunmuş qonaqlar nümayiş olunan filmlər barədə öz fikirlərini bölüşəcək və hər bir nominasiya üzrə qalib gələn filmin adını elan edəcək.

Odur ki, sürprizlərə hazır olun! Görüşənədək!

Tədbirin keçirilmə vaxtı:
11 aprel 19:00-21:00

Tədbirin keçirildiyi yer:
Nizami kinoteatrı, 2-ci zal