Teatr və Kino: Fokusda müharibədir

“Fokus” Yaradıcı Gənclərin Kino Evi bu aydan etibarən özünün master klass və seminarlarına başlayır. 19 Aprel saat 19:00-da tanınan teatrşünas, tənqidçi, sənətşünaslıq elmləri namizədi Aydın Talıbzadənin Yuğ Teatrında “Teatr və Kino: Fokusda müharibədir” adlı seminarı keçiriləcək. Maraqlı olan hər kəs bu seminarda iştirak edə bilər. Giriş sərbəstdir.

Məkan: Yuğ Teatrı: Murtuza Muxtarov 83, (Azdramanın arxası)
Əlaqə: kinoevi@gmail.com
Telefon: 0505441974: 012596-04-81 (Yuğ Teatrı)

 

Mənbə: Tagmag