Bakıda “No Smoking” film festivalı gerçəkləşəcək

Bakıda 31 May - Beynəlxalq Tütün Əleyhinə Müdafiə Gününə həsr olunan “No Smoking” film festivalı gerçəkləşəcək.

Gün.Az xəbər verir ki, bu festivalla bağlı mətbuat konfransı keçirilib.

Festivalın təsisçiləri xalq artisti Brilliant Dadaşova, Hüseyn Cavadzadə, Ülkər Qasımova, Eldar və Murad Qasımovlardır.

Tədbirdə çıxış edən B.Dadaşova nəinki siqaretin, ümumiyyətlə pis vərdişlərin insan orqanizminə və beyninə vurduğu ziyandan qısaca danışıb. Gəncləri bu kimi pis vərdişlərdən uzaq olmağa çağırıb.

E.Qasımov isə yaratdığı assosiasiyanın bu festival sayəsində ən istedadlı və yaradıcı gənclərin üzə çıxmasına xidmət edəcəyini söyləyib.

Tədbirdə məlum olub ki, siqaret əleyhinə çəkiləcək filmlərin müsabiqəsi çərçivəsində silsilə sosial aksiyaların gerçəkləşdirilməsi də düşünülüb.

Qeyd edək ki, fesrivalın tanıtım çarxında məşhurlar - Flora Kərimova, Murad Dadaşov, Brilliant Dadaşova, Həmidə Ömərova, Eldar Qasımov, Sabina Babayeva, Elnarə Xəlilova, Firdovsi Atakişiyev, Azəri qızı Günel, Elnur Məmmədov, Hüsniyyə Məhərrəmova, Aytən Səfərova, Səxavət Nur, Feliks Vişnevetski, Elza Seyidcahan və başqaları çəkilib.

Bu festival “Addım” yaradıcı gənclər assosiasiyasının təşkilatçılığı ilə Bakıda ilk dəfə “Park Cinema” kinoteatrlar şəbəkəsində reallaşacaq.

Qeyd edək ki, festival siqaret əleyhinıə çəkilən qısametrajlı filmlər müsabiqəsidir. Festivala 1-dən 20-dəqiqəyə qədər xronometrajı olan filmlər təqdim olunacaq.

Peşəkarlardan ibarət münsiflər heyətinin seçəcəyi qaliblər mayın 31-də keçiriləcək qala gecəsində “Sony Xperia” androdləri və Antalyaya səyahət qazanacaqlar.

Qeyd edək ki, bu qeyri-hökumət təşkilatı Azərbaycanda yaradıcı gənclərin inkişafına yönələn layihələr həyata keçirəcək.

 

Mənbə: Gün.az