Amburan Beach Club-da açıq hava kinoteatrı açılacaq

Amburanda açıq hava altında yeni nəsil kinoteatrı Park Cinema şəbəkəsi tərəfindən təqdim olunacaq.

Açılış mərasimi bu həftənin sonunda gözlənilir. Yay kinoteatrında hər gün iki seans təqdim olunacaq və tamaşaçılar premyeraları  izləyə biləcəklər. Həmçinin 3D formatında olan filmləri də seyr etmək mümkün olacaq.

Kinoteatrın qiymət siyasəti dəyişilməz olaraq qalır. 200-dən çox oturacaqdan ibarət kinoteatrda VİP yerlər də mövcuddur.

Qeyd edək ki, bütün kinoteatrlardakı seansları olduğu kimi, açıq hava kinoteatrının seanslarını da saytımızdan əldə edə biləcəksiniz. İstirahətdə olub, internetə mobil cihazlardan daxil olan izləyicilərimiz m.kinotap.com ünvanına daxil olaraq seanslarla tanış ola bilərlər. Eyni zamanda iPhone və Android istifadəçiləri  bizim əlavəni yükləyə bilərlər: App Store-da Kinotap - https://itunes.apple.com/us/app/kinotap/id641557344. Android Play Store-da Kinotap - https://play.google.com/store/apps/details?id=net.labrin.kinotap

Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində  fəaliyyətinə başlamışdır. Hal-hazırda şəbəkə 13 zal və 2000-dən artıq oturacaq yerlə təqdim olunub. Mədəniyyət ocağının fəaliyyəti ilk növbədə əhalinin mənəvi tələbatının ödənilməsinə xidmət edərək insanların mədəni-maarifləndirilməsinə istiqamətləndirilib. Park Cinema kinoteatrlar şəbəkəsinin qarşısına qoyduğu əsas vəzifələrdən biri kinoya getmək mədəniyyətini gənc nəsil arasında bərpa edib, əhalini yüksək kino mədəniyyətinə alışdırmaqdır.