“Cobs” filminin qapalı nümayişi keçirilib

Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” növbəti dəfə jurnalist və bloqqerləri bir araya gətirib.

Gün.Az xəbər verir ki, buna səbəb kinoteatrın, mövsümün ən gözlənilən filmlərindən olan “Cobs” filminin qapalı nümayişinin keçirilməsi olub. Film adından da göründüyü kimi dünyaca məşhur “Apple” şirkətinin yaradıcısı Stiv Cobs haqqındadır.

Filmdə baş rolu tanınmış aktyor Eşton Kaçer canlandırıb.

Qeyd edək ki, “Cobs” filmi “28 Cinema” kinoteatrında sentyabrın 19-dan etibarən nümayiş olunacaq. Film oktyabrın 3-dək davam edəcək.

Film göstərilməyə başladıqda seanslar haqqında ətraflı olaraq saytımızda - filmin səhifəsində məlumat ala bilərsiniz - http://kinotap.com/az/movies/251