Bakıda film festivalı

Azərbaycanın premium səviyyəli kinoteatrı “28 Cinema” və Müasir İncəsənət Təşkilatı “YARAT” növbəti dəfə film həvəskarlarını sevindirməkdə davam edir.

Bu dəfə onlar kinosevərlərə hər il Mayamidə keçirilən Qısametrajlı Filmlərin Mayami Beynəlxalq Festivalının ən yaxşılarını izləmək imkanı yaradır. “28 Cinema”dan  verilən məlumata görə, festivalın nümayişi bu ilin oktyabr ayının 17-dən 23-dək ilk dəfə Azərbaycanda və yalnız “28 Cinema”da keçiriləcək. Festivalın bütün seanslarına biletin qiyməti xüsusi olaraq 5 AZN olacaqdır. Festivalda dünyanın bir çox ölkələrinin filmləri nümayiş olunur.

 

Mənbə: Teleqraf