"McConkey" sənədli filminin xeyriyyə premyerası keçirilib

1 Noyabrda Nizami kino mərkəzində ekstremal idman növünün ən istedadlı və qeyri – adi nümayəndəsi olan Şeyn Makkonki haqqında yeni “McConkey” sənədli filminin xeyriyyə premyerası keçirilib. 

Film dahi ekstremal dağ xizək idmanı üzrə novator Şeyn Makkonkinin həyatına həsr olunub. Film özündə həm inanılmaz enişlərin dinamik çəkilişlərini, şəxsi video arxivindən fraqmentləri, həmçinin onu yaxından tanıyanlardan müsahibələri birləşdirir. İdmana gəlincə, film öz şəxsi qaydalarıyla oynayaraq, öz arzusuna sadiq qalaraq və hər gün həyatdan hər şey alaraq başqalarının standartlarına uyğunlaşmaq istəməyən insanın müvəffəqiyyətə nail ola bildiyi barədə danışır.

 

Məlumat:

Film, Matchstick Productions şirkətinin əməkdaşlığı ilə Red Bull Media House studiyası tərəfindən çəkilib.