"Forsaj"ın qəhrəmanı öldü

"Forsaj" filminin aktyoru Pol Voker ölüb. Bu barədə aktyorun "Facbook" səhifəsində məlumat yerləşdirilib. Məlumatda onun Kaliforniyada yol qəzasına düşdüyü bildirilir.

Aktyor Fillipində tayfundan ziyan çəkənlər üçün keçirilən avtoşouda iştirak etmək üçün Kaliforniyaya gedib. Qəzaya uğrayan avtomobili onun dostu idarə edib.

Aktyor 1976-cı ildə dünyaya gəlib. O, karyerasına "Şkafdakı bədheybət" filmi ilə başlayıb. Bir necə rolda çəkilsə də ona məşhurluğu 2001-ci ildə çəkilən "Forsaj" filmi qazandırıb. Onun avtosürücü Brayn О'konner rolunu canlandırdığı film o qədər uğurlu olub ki, bir necə seriyası da çəkilib. Sonuncu 7-ci filmin çəkilişləri isə bu il yekunlaşmışdı. Gələn il onun təqdimatı olmalı idi.

Mənbə: ANS