“300: İmperiyanın Yüksəlişi” Bakıdadır

Əfsanəvi spartalılarla farsların qarşıdurmasından bəhs edən epik dramın davamı olan “300: İmperiyanın Yüksəlişi” filmi dünya premyerasından bir gün əvvəl  - martın 5-də “Park Bulvar” Ticarət Mərkəzindəki Park Cinema kinoteatrında nümayiş olunacaq.

Kinoteatrdan verilən məlumata görə, premyeradan öncəki nümayiş üçün biletlər satışa çıxarılıb.

300 Spartalı üzərində qələbə çaldıqdan sonra çar Kserksin başçılıq etdiyi fatrs ordusu Cənuba, iri yunan şəhərlərinə doğru hərəkətə keçir. Amansız döyüşçünün yolu üzərindəki birinci şəhər Afinadır. Şəhəri müdafiə etmək üçün yunan sərkərdəsi Femistokol önə çıxır. Bir çox xalqları itaət altına almış və özünü Allah adlandıran Kserksin və sərkərdə Femistokolun ordularının Artemisiya və Salamin üzərində savaşı, dənizdə donanmaların döyüşü olduqca realistik təsir bağışlayır və nəfəs kəsir. Filmdə həmçinin Kserksin bu hadisələrdən əvvəlki həyat hekayəsi də göstərilir.

300: İmperiyanın Yüksəlişi” filmi 3D və İMAX 3D formatındadır. Filmin rejissoru Noam Murro, baş rolların ifaçıları isə Eva Qrin, Salliven Steyplton, Rodriqo Santoro, Kellan Mulvey, Hans Metison və başqalarıdır. Filmin dünya premyerası martın 6-da baş tutacaq.

 

Mənbə: Bakupost.az