86-cı Oskar Mükafatının qalibləri bəlli oldu

Səhər saatlarında keçirilən 86-cı Oskar təqdimetmə mərasimində nominantlar öz mükafatlarını qazandılar.  Elen DeCeneres aparıcılığı ilə baş tutan mərasim yadda qalan anlarla oldu. Bu ilin ən çox Oskar qazanan filmi isə Alfonso Kuaronun, Qravitasiya filmi oldu. Ümumilikdə 7 Oskar. Ən yaxşı aktyor nominasiyasında mübarizə aparanlar, Metyu MekKonahi, Leonardo DiKaprio,Çivetel Eciofor, Kristiyen Beyl və Bryus Dern arasından isə Metyu MekKonahi qalib çıxdı. Leonardo DiKaprio isə bu il yenə qazana bilmədi. Ən yaxşı aktrisa nominasiyasında isə Mavi Jasmin filmindəki rolu ilə Keyt Blanşett oldu. Digər mükafat qazananların siyahısı isə belədir.

86-cı Oskar Mükafatının qalibləri;
Ən Yaxşı Film:
12 İllik Köləlik
Ən Yaxşı Rejissor:
Alfonso Kuaron (Qravitasiya)
Ən Yaxşı Aktyor:
Metyu MekKonahi (Dallas Alıcılar Klubu)
Ən Yaxşı Aktrisa:
Keyt Blanşett (Mavi Jasmin)
Ən Yaxşı Köməkçi Aktyor:
Cered Lito (Dallas Alıcılar Klubu)
Ən Yaxşı Köməkçi Aktrisa:
Lyupita Nionqo (12 İllik Köləlik)
Ən Yaxşı Uyğunlaşdırma Ssenari:
12 İllik Köləlik (Con Ridli)
Ən Yaxşı Xüsusi Ssenari:
O (Spayk Conz)
Ən Yaxşı Animasiya:
Dondurulmuş
Xarici Dildə Ən Yaxşı Film:
Möhtəşəm Gözəllik
Ən Yaxşı Mahnı:
Let It Go (Dondurulmuş)
Ən Yaxşı Musiqi:
Qravitasiya (Stiven Prays)
Ən Yaxşı Operator:
Qravitasiya (Emmanuel Lubezki)
Ən Yaxşı Sənədli Film:
20 Feet from Stardom
Ən Yaxşı Montaj:
Qravitasiya (Alfonso Kuaron, Mark Senger)
Ən Yaxşı Quruluşçu Rəssam:
Möhtəşəm Getsbi
Ən Yaxşı Qısa Film:
Helium (Anders Volter)
Ən Yaxşı Qısa Animasiya:
Cənab Hublot (Laurent Vits, Alexandre Espigares)
Ən Yaxşı Qısa Sənədli Film:
The Lady In Number 6 (Melkolm Klark)
Ən Yaxşı Vizual Effekt:
Qravitasiya (Timothy Webber, Chris Lawrance, David Shrink)
Ən Yaxşı Kostyum Dizaynı:
Möhtəşəm Getsbi (Ketrin Martin)
Ən Yaxşı Makiyaj və Saç:
Dallas Alıcılar Klubu (Adruitha Li, Robin Metyus)
Ən Yaxşı Səs Uyğunlaşdırması:
Qravitasiya (Skip Lievsay, Niv Adiri, Kristofer Bensted, Kris Munro)
Ən Yaxşı Səs Montajı:
Qravitasiya (Qlenn Frimentl)