“Rəcəb İvedik 4” filmi ilk dəfə Bakıda

Ekran əsərində baş verən hadisələr tamaşaçıya bol-bol gülüş bəxş edir

“Rəcəb İvedik” filmlərini sevənlərə şad xəbər. Martın 17-dən ilk dəfə Nizami Kino Mərkəzində “Rəcəb İvedik 4” türk filminin nümayişi başlanacaq.

Rəcəb İvedik obrazı ilə Türkiyə və türk dünyasında məşhurlaşan aktyor Şahan Gökbakar yeni ekran əsərində tamaşaçıları bir-birindən maraqlı obrazlarla darıxmağa qoymayacaq.

Rəcəb məhəllədəki uşaq futbol komandasına təlimçilik edir. Məşqlər üçün məhəllənin illər boyu boş olan ərazisindən istifadə olunur.

Günlərin birində həmin ərazi satışa çıxarılır. Ekran əsərində baş verən hadisələr bundan sonra tamaşaçıya bol-bol gülüş bəxş edir.

Mənbə: http://anspress.com