Xəbərlər

Bu kinodu, burada neynəyərlər?!

"Kino haqqında" qanuna dəyişiklik etmək lazımdırsa, olsun, amma bu, öz nəticələrini də göstərməlidir “"Kino haqqında" qanuna dəyişiklik etmək istəyirik Qanun 1998-ci ildə qəbul olunub Orada günün tələblərinə cavab verməyən, xaricilərin Azərbaycanda müştərək film çəkməsi, kinonun texniki bazasının güclənməsi ilə bağlı müəyyən çatışmayan cəhətlər var”

“Park Cinema”dan yeni bonus kartlar

“Park Cinema” bonus kart istehsal edib Həmin kartla bilet alarkən balansa yığılacaq bonuslarla istədiyiniz hər hansı filmə pulsuz dəvətnamə əldə edə biləcəksiniz Bonus kartla kinoteatrda balla rın toplanması ilə bilet haqqının ödənilməsi imkanı yaradır və öz sahibləri üçün xidmətlər və güzəştlər çeşidinin genişlənməsini nəzərdə tutur

Teymur Daiminin “Sonuncu” mistik dram filmi nümayiş olunacaq

Gənc Film İstehsalçıları Assosiasiyasının "Fokus" Yaradıcı Gənclərin Kino Evi layihəsi çərçivəsində rejissor Teymur Daiminin "Sonuncu" mistik dram filminin nümayişi keçiriləcək Nümayişdə Teymur Daimi də iştirak edəcək Baş rolda fantast yazıçı Aleksandr Xakimov çəkilmişdir Tarix: 24 noyabr, Şənbə günü Vaxt: 17:00 Ünvan: Hökumət evi, 5-ci alaqapı, 2-ci mərtəbə Əlaqə: kinoevi@gmail

"28 Cinema"da Xpand 3D olacaq

Yeni kinoteatrların açılması ilə birlikdə tamaşaçıların kinoteatr seçimləri daha çoxalır Növbəti belə kinoteatr isə 28 Cinema olacaq Yaxın zamanda açılışı gözlənilən kinoteatr artıq istifadə olunacaq texnologiyalar barədə də məlumat verməyə başlayıb

"Öz həyatınla yaşa" filminin nümayişi

Gənc Film İstehsalçıları Assosiasiyasının "Fokus" Yaradıcı Gənclərin Kino Evi layihəsi çərçivəsində JLQodarın "Öz həyatınla yaşa" filminin nümayişi keçiriləcək

Məşhur kinoaktrisa Türkan Şoray Bakıya gələcək

Bakıda Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı çərçivəsində Bakıya dəvət olunan tanınmış qonaqlardan biri də Türkiyənin tanınmış və çox sevilən aktrisası Türkan Şoraydır APA-nın festivalın rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, uzun illər boyunca öz istedadı ilə yalnız kinosevərlərin deyil, hər kəsin sevgisini qazanmış tanınmış sənətkar Türkan Şoray 3 gün müddətində şəhərimizin qonağı olacaq Xəbərdə bildirilir ki, Türkan Şoray noyabr ayının 26-da toplantının rəsmi açılışında iştirak edəcək