Xəbərlər

Barbar Konan qayıdır

Məşhur aktyor, Hollivud ulduzu Arnold Şvartsnegger yenidən barbar Konan rolu ilə ekranlara qayıtmağa hazırlaşır  MilliAz TMZ-yə istinadən bildirir ki, kino ekspertləri 65 yaşlı aktyorun bu çətin rolun öhdəsindən necə gələcəyini müzakirə edirlər

"Future Shorts" qısametrajlı filmlər festivalı keçiriləcək

 Dünyanın ən nəhəng qısametrajlı film festivalı 6 qitədə yerləşən 90 ölkənin və 285 şəhərinin 40,000 tamaşaçısını əhatə edəcək və “Malaria No More UK” xeyriyyə fondu ilə əməkdaşlıqda həyata keçirilən layihəsidir  2012-ci ilin oktyabr ayının 1-də Future Shorts Qısametrajlı Filmlər Festivalının yeni sezonunun açılışı Londonda elan olunmuşdur Hazırda Festival öz beynəlxalq prokat şəbəkəsini və tamaşaçı auditoriyasını genişləndirməkdədir və qısametrajlı filmlər sahəsində çəkilən ən yeni filmləri təqdim edərək, onları ən gözlənilməz və möhtəşəm məkanlarda nümayiş etdirir

Həftənin yeni filmləri

 Bu həftə kinoteatrlarımızda Almaniya, ABŞ, Honkonq, Sinqapur, İspaniya, Kolumbiya istehsalı olan filmlər göstəriləcək   Həftənin ən çox diqqət çəkən filmlərindən biri "Buludlu Atlas"dır Baş rollarında Tom Henks, Hale Berri kimi ulduzların oynadığı film ötən həftədən göstərilməyə başlasa da,  ancaq VIP zallarda göstərildiyindən bir çox kinosevər bu həftəni gözləməli olmuşdu

"Ağ qan”ın beynəlxalq uğuru davam edir

Gənc rejissorlar Xəyyam Abdullayev və Elməddin Alıyev tərəfindən bu il çəkilmiş «Ağ Qan» qısametrajlı bədii filmi beynəlxalq uğur qazanmaqda davam edir KultAz-ın xəbərinə görə, film artıq Belçikada keçirilən 39 – cu Beynəlxalq Gent Film Festivalda və Gürcüçtanda keçirilən Batumi Beynəlxalq film festivalda iştirak edib

Ancelina Coli özünə gəlinlik seçdi

Ancelina Coli və Bred Pitin toy edəcəyi barədə şayiələrin yeni təfərrüatları ortaya çıxır Rusiya mətbuatına istinadən, cütlüyün yazda evlənəcəyi deyilir Toyları isə ABŞ-da yox, övladlarının dünyaya gəldiyi ölkələrdən birində keçiriləcək

Bakıda "Bu yol hara gedirdi" filmini təqdimatı keçirirlib

Bakıdakı Rusiya informasiya-mədəni mərkəzində "Bu yol hara gedirdi" qısametrajlı filminin təqdimatı baş tutub Filmin rejissoru əməkdar incəsənət xadimi Ziya Şıxlinskidir Nümayi şdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, İtaliyanın Azərbaycandakı səfiri Mario Baldi və bir çox mədəniyyət, incəsənət nümayəndələri iştirak ediblər

Bakıda "Carçıfilm" günləri olacaq.

1-5 noyabr tarixində Nizami kinoteatrında “Carçıfilm”in istehsalı olan bədii və sənədli filmlər nümayiş olunacaq Bu nümayiş 6 noyabr Azərbaycan televiziya və radio işçiləri günü münasibətilədir Kinoteatrda hər gün üç seans olacaq

"Nuh" filminin çəkilişləri dayandırıldı

Səbəb Sendi qasırğasıdır Belə ki, film üçün hazırlanan 150 metrəlik maket gəmi olan çəkiliş meydançasında qəribə hadisə baş verib Qasırğa səbəbiylə meydançanı su basıb və çəkiliş dayandırılıb