Xəbərlər

Conni Depp məhkəməyə verildi

ABŞ-ın Los-Anceles şəhərində məşhur aktyor Conni Deppə qarşı iddia qəbul olunub Amerikalı qadın konsert zamanı Deppin mühafizəçilərinin ona qarşı ifrat kobudluq etdiklərini bildirir France 24-ə istinadən bildirilir ki, İrvin şəhərinin sakini, Kaliforniya Universitetinin professoru 53 yaşlı Robin Ekertin iddiası ilə bağlı hakim Maykl Conson deyib: "İddia qəbul olunub və cinayət işi qaldırılacaq

"Ulduz savaşları 7" gəlir

Walt Disney kinostudiyası "Ulduz savaşları" kinosaqasını çəkmiş "Lucasfilm" studiyasını 4,05 milyard dollara satın almağa hazırlaşır TMZ-yə istinadən bildirilir ki, alqı-satqı sövdələşməsi bu günlərdə başa çatacaq Disney studiyası "Ulduz Savaşları 7" filmini çəkmək niyyətində olduğunu bəyan edib

Azərbaycan-London kino festivalı keçiriləcək

Cari ilin noyabr ayının 1-dən 4-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində Azərbaycan Mədəniyyətlərarası Cəmiyyəti, Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ənənəvi Azərbaycan-London kino festivalı keçiriləcək Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gənc azərbaycanlı rejissorlara öz sənət əsərlərini beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradan festivalın açılış mərasimində britaniyalı kinosevərlərə Azərbaycanın bədii və sənədli filmləri təqdim olunacaq Müasir dövrdə ölkəmizdə ən son lentə alınmış filmlərin "Shortwave cinema" kinoteatrında, Afrika və Şərqşünaslıq məktəbində və London Universitetində nümayiş etdirilməsi nəzərdə tutulub

Azərbaycanda serial çəkilişinə əlavə vəsait ayrılacaq?

"Azərbaycanda serialların çəkilişi ilə bağlı əlavə vəsaitin ayrılması üzərində iş gedir" Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib "Əgər vəsait ayrılarsa, bu zaman "prodakşn" şirkətlərinə də birbaşa maliyyə vəsaitləri ayırmaq lazımdır", - o deyib

Xəyanət etmiş sevgilisini bağışladı

Hollivudun məşhur aktyorları, "Alatoran" kinosaqasından sonra dünyaca populyarlaşan Kristen Stüart və Robert Pattison barışıblar Kristen Stüart sevgilisinə "Ağcaqız və ovçu" filminin rejissoru Rupert Sanderslə xəyanət etmişdi Milli

I Bakı Beynəlxalq İdman Filmləri Festivalının açılışı olub

Bu gün I Bakı Beynəlxalq İdman Filmləri Festivalının açılışı olub Trend-in məlumatına görə, festivala həsr olunan mətbuat konfransında münsiflər heyətinin rəhbəri, kinorejissor, Serbiya Kinematoqrafçılar İttifaqının sədri Yovan Markoviç bildirib ki, idman filmləri öz üslubuna görə çox fərqlidir və bu filmlərin inkişaf etməsi üçün ölkənin idman mədəniyyətinin olması vacibdir "Bu filmlər ictimaiyyətdə idmana marağın artmasına gətirib çıxarır və bu səbəbdən də idman filmlərinin istehsalına daha peşəkar yanaşmaq lazımdır", - Markoviç deyib